|
Azərbaycanda sən demə Qalatasaray fan-klubu varmış “Ultraslan-Azərbaycan”. Bu fan-klubun da Ceyhun Əzizbəyli adlı bir prezidenti varmış. Bu cənab prezident müxtəlif “qardaş” saytlarına müsahibələr də verirmiş. Amma təəssüf ki, bu adamın nə danışdığını qalaqları eşitmir. Əgər eşitsəydi bu qədər tərbiyəsizliklərə bəlkə də yol verməzdi. «Eşşəkdən adam olar, «Fənər»lilərdən olmaz»… Bəli, tərbiyəsizlikdən xəbər verən bu düşük sözlər bu adama aiddir. Və özünün dediyinə görə bu sözləri o fan-klubun ofisində hamının gördüyü yerə yerləşdiribmiş. Etirazlara da belə qarşılıq verir: “Etiraz edən olur. Amma mən də demişəm ki, xoşunuz gəlmirsə, gəlməyin, bura «Qalatasaray»ın yeridi”. Məgər Qalatasarayın yeri olması başqa klubları ve onun milyonlarla tərəfdarını təhqir etməyə əsas mı verir? Bəs nədən qaynaqlanır cənab Əzizlinin bu nifrəti? Jurnalistin bu sualına Ceyhun müəllim çox maraqlı izahat verir: “«Qalatasaray»lı olmağımdan”. Bax belə! Nə az, nə çox. Adam yalnız Qalatasaraylı olduğuna görə Fənərbaxçaya və onun tərəfdarlarına nifrət edir… Yalnız çox dayaz və yetkin olmayan adam belə deyə bilər… Ceyhun müəllimin sözlərinə görə Azərbaycanlılar yalnız və yalnız Qalatasaraya azarkeşlik etməlidi: “…Bir azəri kimi «Fənər»i necə tutmusan? «Fənərbaxça»nın uğuru olub ki, bizim üçün? «Qalatasaray» olmasaydı, indi Azərbaycanda hamı rus futboluna «balet» eləyirdi…«Qalatasaray»ın UEFA Kubokunu alması bütün dünya müsəlmanlarını sevindirdi”. Çox məntiqsiz sözlərdi. Birincisi, Fənərbaxçanın Azərbaycan üçün birbaşa xeyiri var. Belə olmasaydı AFFA müqavilə imzalayıb 15-yaşlılardan ibarət yığmamızı Fənərbaxça klubuna göndərməzdi. İkincisi, bazar günü Fənərbaxça Qalatasaraya növbəti dəfə qalib gələnnən sonra İstanbulda qalatasaraylılar yeni şüar ortaya atıb – “sevinmək üçün sevmədik”. Bəli, Ceyhun müəllim, sevinmək üçün sevmirlər. Fənərbaxça tərəfdarlarını da sevimli klubları ilə daha dərin bağlantıları var. Üçüncüsü, necə ki, Qalatasaray sizi rus komandalarından ayırmışdır, Fənərbaxça da minlərlə Azərbaycan futbolsevərləri Ruslara “balet eləməkdən” (Ceyhum m. sözləridi) qurtarmışdır. Azərbaycanda Qalarasarayın da, Fənərbaxçanın da, Beşiktaşın da tərəfdarları var, fan-klublar yaradılır. Bu təqdirəlayiqdir. Azərbaycan və Türkiyəyi birbirinə daha sıx bağlayan amillərdən biri də futbol ola bilər. Amma bu nifrəti birdəfəlik kənara qoymaq lazımdır, və Ceyhun Əzizli kimi adamların arxasından getməmək lazımdır. İki klub arasında əməkdaşlığın, sayğının və s. yüzlərlə nümunəsi var. Bakıda fəaliyyət göstərən Fənərbaxçalılar dərnəyini də nümunə kimi göstərmək olar. Belə ki, dərnəyin binasında tez tez qalatasaraylıları da götmək mümkündür. Bəs nəyə lazımdır məhz tərbiyəsizliyi seçib Azərbaycana gətirərək gənclərin şüurunu korlamaq? Bunu Ceyhun Əzizli kimiləri bilir yalnız. Və unutmaq lazım deyil ki, hər kəs öz səviyyəsinə və tərbiyəsinə görə danışır və hərəkət edir. Son olaraq, Qalatasaraylılara, Beşiktaşlılara, Barselonalılara və s. sayğımızı təsdiq etməklə, tərbiyəsizlik edənlərə sadəcə bunu demək istərdik: “Eşşəkdən adam olar, səni kimi adamdan adam olmaz”. Oxunub: 786 => Постоянный адрес статьи: http://fb.azeriler.biz/index.php?option=com_content&task=view&id=117&Itemid=1 |